Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mediasiya haqqında" Qanunun tətbiqi: "Əsas təyinat məhkəmələrin iş yükünü azaltmaq deyil"

“Mediasiya aralarında sadə mübahisələr yaranan, yaxud sadə hüquqi problemi çıxan şəxsləri ənənəvi məhkəmənin mürəkkəb və bəzən əzablı bürokratiyasından xilas etmək üçündür”.

Yenicag.az xəbər verir ki, “Mediasiya haqqında” Qanuna edilən dəyişikliyin mümkün təsirləri ilə bağlı hüquqşünas Ərşad Hüseynov öz fikirlərini bölüşüb.

Hüquqşünas bildirib ki, mediasiyanın əsas təyinatı məhkəmələrin iş yükünü azaltmaq deyil:

“Deyilənə görə, mediasiya işə düşəndən sonra məhkəmələrin iş yükü azalacaq. Ümumiyyətlə, mediasiyaya məhkəmələrin yükünü azaldan bir sistem kimi baxanlar daha çoxdur. Bəli, mükəmməl mediasiya sistemi məhkəmələrin iş yükünün azalmasına səbəb olacaq, bu, şübhəsizdir. Lakin mediasiyanın əsas təyinatı məhkəmələrin iş yükünü azaltmaq deyil. Mediasiya, ilk növbədə, aralarında sadə mübahisələr yaranan, yaxud sadə hüquqi problemi çıxan şəxsləri ənənəvi məhkəmənin mürəkkəb və bəzən əzablı bürokratiyasından xilas etmək üçündür. Onun başlıca təyinatı bu şəxslərin arasındakı mübahisənin həllinə yardımçı olmaq və onları barışdırmaqdır.

Mediasiyanın bu işin öhdəsindən gəlməsi isə yüksək etimada sahib olan, ədalətlə barışdırmağı bacaran peşəkar mediatorlar hesabına mümkün olacaq. Mediasiya həm də daha yüksək hüquq mədəniyyəti olmasını istəyir. Cəmiyyətimizin hüquq mədəniyyətini yüksəltmək də hər an diqqət mərkəzində olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

257
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100