!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medvedçuk Putinə müraciət ünvanladı: “Məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişin” - VİDEO

!Reklam – Yazi

Ukraynanın Həyat Uğrunda – Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinə müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, videomüraciəti Ukrayna Təhlükəsizlik Xidməti yayımlayıb.

“Ukraynanın məni hazırda Mariupolda olan və humanitar dəhlizlər yolu təhlükəsizlik çıxma imkanı olmayan oranın müdafiəçiləri və sakinlərinə dəyişmənizi xahiş edirəm”, – siyasətçi bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs olunub. Aprelin 13-də Medvedçukun həyat yoldaşı Oksana Marçenko yutub vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə “müxalifət lideri olan ərinin dərhal azad edilməsini” tələb edən videomüraciət yayıb. Siyasətçinin həyat yoldaşı həmçinin daha yumşaq və mühafizəkar tərzdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət ünvanlayıb. O, uzun illərdir ki Ukraynada Rusiya maraqlarını müdafiə edən siyasətçilərdən olub. V.Medvedçukun Rusiya ilə əlaqələri sadəcə siyasi müstəvidə deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putin onun qızının xaç atasıdır.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv