!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mehdiyevin məsələsinə həm ümumölkə, həm də hakimiyyətdaxili aspektdən yanaşıla bilər” - ŞƏRH

!Reklam – Yazi

“Nəzərdə tutulan o “beşinci kolon”un da bu proseslərə hər hansı formada müqaviməti olacaq”.

Bu fikirləri Milli Elmlər Akademiyasının (AMEA) artıq istefa verdiyini bəyan etmiş prezidenti Ramiz Mehdiyevlə bağlı durumun hakimiyyətdaxili, yoxsa ölkə əhəmiyyətli məsələ kimi qiymətləndirilməli olduğuna münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Ramiz Mehdiyevin hakimiyyət daxilində yaratdığı qapalı sistemin tamamilə ləğv olunması üçün yetərincə zaman tələb olunur:

“Mənə belə gəlir ki, bu məsələyə qeyd olunan hər iki aspektdən yanaşıla bilər. Çünki Ramiz Mehdiyev uzun müddət Azərbaycan hakimiyyəti daxilində müəyyən bir sistem qurub və ona rəhbərlik edib. İndi bir tərəfdən həmin sistemin demontajı gedir, müəyyən dəyişikliklər həyata keçirilir. Lakin o sistemin özü də baş verən dəyişikliklərə müqavimət göstərir.

Digər tərəfdən, Ramiz Mehdiyev həm də Rusiya ilə bağlı fiqur kimi qiymətləndirilib və bu səbəbdən, onun ətrafında cərəyan edənlərə ümumdövlət əhəmiyyətli məsələ kimi də baxılmalıdır.

Eyni zamanda, hər iki halda bu problemin həlli müəyyən qədər vaxt aparacaq. Yəni Ramiz Mehdiyevin hakimiyyət daxilində yaratdığı qapalı sistemin tamamilə ləğv olunması, yeni, mütərəqqi prinsiplərə əsaslanan sistemin formalaşması üçün yetərincə zaman tələb olunur.

Ramiz Mehdiyevi bir çox hallarda “beşinci kolon”un rəhbəri adlandırırlar. Ancaq kiminsə vəzifədən getməsi o problemin aradan qaldırılması anlamına gəlmir. Nəzərdə tutulan o “beşinci kolon”un da bu proseslərə hər hansı formada müqaviməti olacaq”.

A.Zeynalov

www.yenicag.az

2122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv