!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məhərrəm İncənin geri çəkilməsi ABŞ-nin 14 may seçkilərinə ilk açıq müdaxiləsidir” – Murad Yılmaz

!Reklam – Yazi

“ABŞ-nin istifadə etdiyi FETÖ maşası İncəni davamlı şəkildə təhdid etdi, CHP isə bu fəaliyyətə dəstək verdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncənin şantaj və təhdid səbəbi ilə “seçki marafonu”ndan çıxmasının səbəblərini dəyərləndirən politoloq Murat Yılmaz “A Haber”in canlı yayımında deyib.

Onun sözlərinə görə, İncəyə qarşı linç kampaniyası ABŞ kəşfiyyatı, FETÖ terror şəbəkəsi və CHP tərəfindən aparılıb:

“Mən İncənin bu addımını CHP namizədini açıq-aşkar dəstəkləyən ABŞ-nin 14 may seçkilərinə ilk açıq müdaxiləsi kimi qiymətləndirirəm. İncənin öz namizədliyini geri götürməsi üzləşdiyi şantaj və təhdid kampaniyasının nəticəsidir.

Hər halda, İncə seçkidə iştirak qərarını səhər oyanıb gördüyü bir yuxunun təsiri ilə vermədi. O, bu addımı atmağa məcbur oldu. ABŞ-nin istifadə etdiyi FETÖ maşası İncəni davamlı şəkildə təhdid etdi, CHP isə bu fəaliyyətə dəstək verdi. İncəyə qarşı linç kampaniyasında CHP-yə bağlı siyasətçilər, jurnalistlər, sənət adamları – hər kəs fəallıq göstərdi.

Ancaq xatırladım ki, bu şantaj kampaniyası İncədən əvvəl İYİ Partiyanın lideri Meral Akşenərə qarşı aparılmışdı. Akşenər Kılıçdaroğlunun namizədliyinə qarşı çıxaraq “Altılı masa”dan qalxdıqdan sonra ona qarşı da bu cür linç kampaniyası təşkil olundu. Bu təzyiqlərdən sonra Akşenər “masa”ya geri döndü. Bir daha deyirəm, İncənin bu addımı ABŞ kəşfiyyatı, FETÖ və CHP işbirliyinin nəticəsidir”.

A.Zeynalov

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv