!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları” TƏSDİQLƏNDİ

!Reklam – Yazi

“Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları” təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaların məqsədi məhkəmə ekspertlərinin siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir. Fərdi məlumatların Məhkəmə Ekspertlərinin Reyestrində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Reyestr Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır. Təqdim edilən məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 iş günü müddətində çatışmazlıqların olub-olmaması
baxımından yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə dərhal Reyestrə daxil edilir.

Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar aşkar edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş
olduqda, bu barədə dövlət orqanına müraciətin daxil olduğu gündən 3 iş günü müddətində yazılı bildiriş göndərilir.

Çatışmazlıqlar dövlət orqanı tərəfindən bildiriş alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv