!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə jurnalisti qiyabi HƏBS ETDİ

!Reklam – Yazi

Rusiyada məhkəmə jurnalisti qiyabi həbs edib. 

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin mənbəsi bildirib. Mənbə bildirib ki, Moskva məhkəməsi SOTA onlayn nəşrinin redaktoru Anna Loykonu qiyabi olaraq terrora haqq qazandırmaq ittihamı ilə həbs edib. Onu 7 ilə qədər həbs cəzası gözləyir.

Bundan əvvəl SOTA onlayn nəşrinin redaktoru Anna Loyko axtarışa verilib. Onun haqqında Daxili İşlər Nazirliyinin məlumat bazasında məlumatlar yer alıb.

Məlumata görə, redaktor Anna Loyko bir neçə il əvvəl Hizb-ut-Təhrir əl-İslamiyə (Rusiyada terrorçu kimi tanınıb və qadağan edilib) haqq qazandıran məqalə dərc edib. Bu işin başlanmasına səbəb olub.

Xuraman Etibarlı

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv