!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə rüşvətxorluqda şübhəli bilinən Ermənistanın sabiq nazirinin əmlakına həbs qoydu

!Reklam – Yazi

Rüşvət almaqda təqsirləndirilən və 2019-cu ildə axtarışa verilən Ermənistanın sabiq ekologiya naziri Aram Arutyunyana qarşı iş üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təqsirləndirilən Arutyunyan, habelə onunla əlbir olduğu deyilən iki nəfər – Qaqik Karapetyan və Suren Avakyan istintaqdan yayınıblar və bu da qiyabi şəkildə məhkəmə istintaqına əsas verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Arutyunyan xüsusilə külli miqdarda – 14 milyon ABŞ dolları rüşvət alıb, bunun 5 milyon dollarını leqallaşdırıb, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bu da ağır nəticələrə gətirib çıxarıb.

İstintaq zamanı məhkəmə bu üç nəfərə məxsus və İrəvanda yerləşən onlarla daşınmaz əmlak obyektinə, habelə 1,7 milyon dollar, 11 min avro və 350 milyon dram (909 min dollar) məbləğində vəsaitə həbs qoyub./report/

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv