!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə tanınmış meyxanaçı barəsində qərar verdi – FOTO/VİDEO

!Reklam – Yazi

Qanunsuz narkotik satışında təqsirli bilinərək məhkum edilmiş meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) kassasiya şikayətinə baxılıb.

Yenicag.az Qafqazinfo-ya istinadla xəbər verir ki, meyxanaçı azadlıqdan məhrumetmə ilə bağlı qərarın ləğv edilərək azadlığa buraxılmasını xahiş edib.

Ali Məhkəmədə keçirilən iclasda prokuror əvvəlki qərarın qanunauyğun olduğunu deyib.

Məhkəmə tərəflərin münasibətini öyrəndikdən sonra şikayətin təmin edilmədiyini elan edib.

C. Sumqayıtlı barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Yekun qərarla meyxanaçı bundan sonrakı 5 il 3 ayı da həbsdə keçirməlidir.

O, 2021-ci ilin oktyabrında həbs edilib. Meyxanaçı külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

 

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv