Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Məhkəmədən azərbaycanlı "qanuni oğru" ilə bağlı - Yeni qərar

Moskva şəhər məhkəməsi azərbaycanlı “qanuni oğru” “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlının vəkilinin vəsatətini rədd edib.

Yenicag.az xəbər verir ki, vəkil müvəkkilinin sərbəst buraxılmasını istəsə də, məhkəmə qarşı tərəfə “yox” deyib.

Bu səbəbdən “Hacı Beyləqanski” 30 iyuladək istintaq təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin killeri hesab edilən Hacıbaba Tahir oğlu Talıbxanlı 2012-ci ildə həmyerlisi İlqar Əliyevi öldürüb. Cinayəti etiraf edən kriminal avtoritetlə bağlı 29 günlük həbs qətimkan tədbiri seçilib. Bundan başqa o, digər “qanuni oğru” “Ded Xasan”ın qətlində şübhəli bilinir.

www.yenicag.az

3688
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS