!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehman Əhmədlidən KƏSKİN REAKSİYA: “Sənətkarlar qalır kənarda, şitlik edənlərsə...”

!Reklam – Yazi

“Baxırsan səsi, sənəti olan qalıb qıraqda, kim daha yaxşı rəqs edir, daha çox şənləndirir, onu toya aparırlar”.

Bu sözləri tanınmış meyxanaçı Mehman Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

Hazırda sənət aləmində baş alıb gedən xaosdan danışan meyxanaçı əsl sənətkarların kənarda qalmalarından təəssüflə danışıb:

“Bu gün yalnız meyxanada deyil, ümumiyyətlə, incəsənət sahəsində baş alıb gedən xaos, hərc-mərclik narahatlıq doğurur. Məsələn, meyxana sözdən ibarətdirsə, sözə qiymət verən çox azdır. Əsasən qışqırağa, sözü yarımçıq kəsməyə, həyasızlıq etməyə, mənası oldu-olmadı, dalbadal meyxana deməyə üstünlük verirlər.

Belələrini kütlə daha çox alqışlayır və daha çox məclislərə dəvət edir. Söz də düşəndə deyirlər, bundan yoxdur e… Sənətə qulluq edən, sözə dəyər verən xiridarları dinləyən, onları qiymətləndirən demək olar ki yoxdur.

Bu fkirlərim təkcə meyxana deyənlərə yox, elə müğənnilərə də aiddir. Baxırsan, səsi, sənəti olan qalıb qıraqda, kim daha yaxşı rəqs edir, daha çox şənləndirir, onu toya aparırlar. Yəni keyfiyyət səslə deyil, müğənninin atılıb-düşməyi, rəqs etməyi ilə ölçülür. Müğənni müğənnidir, rəqqasə də rəqqasə. Axı müğənni özünü məclisdə niyə rəqqasə kimi aparmalıdır?

Qadın müğənnilər var ki düşüb ortalığa kişi kimi rəqs edir. Xoşuma gəlməyən məqamlar çoxdur. İstər müğənnilikdə, istər meyxana sənətində şitliyə, sənətə aid olmayan, sənətdənkənar hərəkətlərə daha çox yol verirlər. Buna görə də belə hərəkətləri etməyi özünə sığışdırmayan əsl sənətkarlar kənarda qalır”.

Cəvahir

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv