!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehman Əhmədlidən QINAQ ATƏŞİ: “Mən oxumuram, ölmürəm ki, sən də...”

!Reklam – Yazi

“Kimdəsə alınır, yaxşı oxuyur, oxuduğunu yaxşı təbliğ edə bilir, burada pis heç nə yoxdur”

Bu fikirləri Yenicag.az-a açıqlamasında meyxanaçı Mehman Əhmədli deyib.

O, səsi oldu-olmadı, “təki mən də oxuyum” prinsipi ilə ortaya düşən meyxanaçılarla bağlı iradını bildirib:

“Əgər bir meyxanaçı mahnı oxuyub, adını meyxana qoyursa, tamamilə bunun əleyhinəyəm. Hesab edirəm ki, yalnız mən yox, elə hamı buna qarşı çıxmalıdır. Adama deyərlər, sən mahnı oxuyursan axı, meyxana demirsən…

Amma sənət adamı da var deyir, mən mahnı oxuyuram, burada qəbahət görmürəm. Səsi varsa, oxuya bilirsə, heç bir problem yoxdur. Amma əksər meyxana deyənlər var ki, səsi oldu-olmadı, “təki oxuyum” prinsipi ilə ortaya düşür, aləmi qarışdıra-qarışdıra, xaric notlarla nəsə oxuyurlar.

Mən mahnı oxumuram, ölmürəm ki, meyxanamı deyirəm. Sən də oxuma, nə vacibdir, meyxananı de. Kimdəsə alınır, yaxşı oxuyur, oxuduğunu yaxşı təbliğ edə bilir, burada pis heç nə yoxdur. O qədər oxumağı yaxşı alınanlar var ki… Məsələn, Namiq Qaraçuxurlu və Vasif Əzimov. Meyxana da deyirlər, mahnı da oxuyurlar. Maşallah, onlarda əla alınır”.

Cəvahir

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv