!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehman kimi MƏSXƏRƏYƏ QOYDU? - “Hesabı ödəməyə pulu yoxdur, deyir, toya 10 minə gedirəm?”

!Reklam – Yazi

“Güya brenddir, dəyərlidir, bahalı müğənnidir…”

Bunu süni toy qiymətləri ilə gündəmə gələn sənətçilərdən danışarkən tanınmış meyxanaçı Mehman Əhmədli Yenicag.az-a açıqlamasında deyib.

O, yüksək qonorarla toya, məclislərə getdiklərini bəyan edən şou əhlinin iç üzünü açıb. Sənətçi əslində, bunun arxasında başqa məqsədin dayandığını bildirib:

“Bu müğənnilərin, ümumiyyətlə, sənət adamlarının qiyməti şişirtməkdə məqsədi özünü dəyərli göstərmək istəyi ilə bağlıdır. Güya brend, dəyərli, bahalı müğənnidirlər. Hansı ki, qat-qat aşağı qiymətə toya, məclisə gedirlər. Ucuz qiymətə getdiyini kimsə biləndə də, bəhanə edir ki, onun mənə yaxşılıqları dəyib, filankəsin xahişindən keçə bilmədim və s. Elə də qəşəng bəhanələrlə ört-basdır edirlər ki…

Bəzən elə meyxanaçı, yaxud da elə müğənni elə bir şişirdilmiş qiymət deyir ki, adamı gülmək tutur. Bizə də yox da, axı biz işin içindəyik, güya bilmirik hansı qiymətə gedirsən? Kimdir sənə o pulu verən?
Məqsədləri var, özlərini brend, bahalı sənətçi kmi tanıtmaq, vəssalam. Sabah-birigün kimsə bunlarla haradasa oturanda sevinsin ki, toylara 10-20 minə gedən müğənni ilə oturub-durur. Halbuki oturduğu restoranda heç hesabı vermir, gözləyir kimsə versin. Bəhanə gətirir ki, ay pul kartdadır, yaxud da başqa səbəblər gətirir. Nə oldu bəs, yuxarıdan gedirdin, bahalı müğənni idin, qiymət oxuyurdun? Bu sənət aləmində o qədər sünilik var, xüsusən də yaşa dolduqca, belə saxta hərəkətləri, sünilikləri gördükcə, eşitdikcə adamda ikrah hissi yaranır”.

Cəvahir

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv