!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Ələkbərzadə “Azdrama”ya rəhbər gətirilir? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

“Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına rəhbər təyin olunması ilə bağlı heç bir rəsmi informasiya yoxdur”.

Bunu rejissor Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına direktor vəzifəsinə gətiriləcəyi ilə bağlı xəbərə aydınlıq gətirərkən “Azdrama”nın mətbuat katibi Cavid Zeynallı Yenicag.az-a açıqlamasında deyib.

“Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına rəhbər təyin olunması ilə bağlı heç bir rəsmi informasiya yoxdur.

Rəsmi informasiya yoxdursa, bunu şərh etmək doğru deyil. Teatra rəhbər təyin etmək mədəniyyət nazirinin səlahiyyətindədir. Əgər hər hansı təyinat olarsa, bununla bağlı Mədəniyyət Nazirliyi açıqlama yayacaq”, – Cavid Zeynallı əlavə edib.

Qeyd edək ki, Qaynarinfo-nun məlumatına görə, mədəniyyət naziri Adil Kərimli Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadənin sözügedən vəzifəyə təyin olunması üçün əmr imzalayacaq.

Cəvahir

www.yenicag.az

1902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv