Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib.
Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xalq artistinə ev hədiyyə olunub.
Könül Xasıyeva xəbəri təsdiq edərək, çox sevindiyini qeyd edib: “Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm. Çox sevincliyəm, danışa bilmirəm…”.