Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Mehriban Əliyevanın uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq” – Millət vəkili

Mehriban Əliyevanın ölkənin 1-ci vitse-prezidenti vəzifəsində uğurla fəaliyyət göstərəcəyinə inam ifadə olunur.

Yeniçağ.Az xəbər verir ki, bu təyinata münasibət bildirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, millət vəkili Azay Quliyevin fikrincə, dövlət başçısının bununla bağlı qərarı ölkədə çevik idarəetmə sisteminin tətbiqini və uğurla aparılan siyasi-iqtisadi islahatları sürətləndirəcək:

“Böyük ictimai nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi çox mühim bir hadisədir.
Cənab Prezidentin bu qərarı ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən doğru qərardır.
Əminəm ki, biz hamımız Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq”.

Yeniçağ.Az

www.yenicag.az

433