!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarovadan SƏRT AÇIQLAMA: “Bu söz mənim üçün “fuflo”dur, “vozdux”dur”

!Reklam – Yazi

“Son vaxtlar hamı bir söz əzbərləyib ki, Azərbaycanda yaxşı aktyor, aktrisa yoxdur. Mənim üçün bu söz “fuflo”dur, “vozdux”dur, heç qəbul da etmirəm. Kimsə mənim çarığımı geyinə bilər, amma yerişimi yeriyə bilməz”.

Bunu tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa yaxşı aktyorların və aktrisaların olduğunu, lakin onların özlərinə dəyər verdiyi üçün hər filmə, hər seriala çəkilmədiyini bildirib:

“Azərbaycanda peşəkar aktyorlar və aktrisalar yetərincədir. Onların filmlərə çəkilməməsi və kənarda dayanması o demək deyil ki, yaxşı aktyorlar yoxdur. Bəli, peşəkar aktyorun özünə görə tələbləri var və aldığı təkliflər o tələblərə cavab vermədiyi üçün çəkilib durublar kənarda. Biri elə özüm, hər təklifi qəbul etməli deyiləm, heç etmirəm də… Mənim öz şərtlərim var. Ən azı təklif olunan hər məbləğ qonorara razılaşmıram. Rejissor dəvət edir, müqaviləyə baxıram, şərtlərimə uyğundursa, məni qane edirsə, razılaşıram, qane etmirsə, sağollaşıb gedirəm. Eləcə də mənim kimi digər özünə hörmət qoyan peşəkar həmkarlarım… O gənc aktyorlara aiddir, təklif olunan istənilən məbləğdə qonorara razılaşıb çəkilirlər. Ona görə çəkilirlər ki, təcrübə yığsınlar, gəlib peşəkarların sırasına qoşulsunlar. O da qoşula bilsələr”.

Əməkdar artist xalqın hər zaman sənətkarlarına dəyər verdiyini bildirib:

“Xalqın gözü tərəzidir, pisi yaxşıdan ayırmağı gözəl bacarır. Xalq öz peşəkarına dəyər verir. Rasim Balayevi götürək, adam bu günə qədər milli kinomuzun ən gözəl şedevrlərini yaradıb. Bundan sonra heç bir filmə çəkilməsə də, xalqın sevimlisidir. Nəyinə lazımdır, hər təklifi qəbul etsin. Özünə də hörmət edir, elə sənətinə də. Əsl sənətkarlar hər zaman özünə hörmət edib”.

Cəvahir

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv