!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məhsulların ərəb bazarlarına çıxış imkanları...” - ŞƏRH

!Reklam – Yazi

“Sözügedən potensiallı siyahıya meyvə-tərəvəz, ət və quşçuluq məhsulları da daxil edilir”.

Bu sözləri Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhlinin ölkəmizə səfəri fonunda ölkələrarası ixrac imkanlarının dəyərləndirilməsinə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.


O həmçinin bildirib ki, ixrac imkanlarına hökümətlərarası anlaşmalar və sahibkarların marağı təsir edə bilər:

“Ümumən Azərbaycanın qeyri-neft sektoru məhsullarının 90-95 faizi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla digər Yaxın Şərq ölkələrinə, ərəb bazarlarına çıxış imkanları yüksək hesab olunur. Sözügedən potensiallı siyahıya meyvə-tərəvəz, ət və quşçuluq məhsulları da daxil edilir. Eyni zamanda bu məhsulların ixracı ərəb turistlərin ölkəmizə səfərlərinin artımına da yüksək təsiretmə ehtimalı da vardır.

Təbii ki, burada hökümətlərin qarşılıqlı ticarət məsələlərinin asanlaşmasına sahibkarların bu istiqamətdə gördüyü işləri də nəzərə almalıyıq. Adıçəkilən ərəb bazarı böyük və zəngin imkanlara sahibdir. Buna görə də Azərbaycan məhsulları həmin bazarlarda kifayət qədər rəqabət qabiliyyəti olma ehtimalı yüksək hesab olunur”.

Yusif Səmədzadə

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv