!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məhşurlar arasında QARŞIDURMA: “Sona qədər sözümün üstündə durdum...” - VİDEO

!Reklam – Yazi

Dünən Bakıda şadlıq saraylarının birində keçirilən ad günü mərasimində iş adamının itinə meyxana deyilməsi meyxana xridarlarının kəskin etirazına səbəb olub.

Adı qalmaqalla hallanan meyxana ustadı Mehman Əhmədli Yenicag.az-a açıqlama verərək, baş verənlərə aydınlıq gətirib.

O, itə meyxana demədiyini və görüntülərin ortada olduğunu bildirib:

“Mübariz Maştağalının ad günündə dost məclisindəydik. Bir nəfər ad günü olan Mübarizə yaxınlaşdı ki, itim var, çempiondur, onun haqqında meyxana deyə bilərsiz? O da mənə yaxınlaşdı və xahiş etdi ki, mən deyim. Mən də cavab verdim ki, itdən, pişikdən meyxana deməyəcəm. Qafiyə açdılar və mən orada bir kəlmə dedim: “Mən heç vaxt meyxana demərəm itdən-pişikdən, çünki mən yaşamışam Əhmədli Mehman kimi”. İknci dəfə də dedim ki, elə özümüz it günündəyik, hələ bir itdən də meyxana deyək. Yəni bunu lağa qoyuram. İsrarla məndən bunu istəsələr də, axıra qədər sözümün üstündə durdum, itə meyxana demədim. Bunun görüntüləri də var. Mən 5-10 manatımı halallıqla qazanmışam. İtdən, pişikkdən, inəkdən meyxana demək mənlik deyil. Utanmırlar. Mənim barəmdə belə haqsız danışılanda pisimə gəlir. Görüntü ortadadır, heç olmasa, ona baxsınlar”.

Cəvahir

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv