Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məktəb direktorları və onların müavinləri necə seçilməlidir? - Ekspertdən İSLAHAT TƏKLİFİ

Reklam: High Technic

“Əgər pandemiya qarşıdakı müddətdə də davam edərsə, distant tədrisi daha da təkmilləşdirmək vacibdir”.

Bu fikirləri 2020-ci ildə ölkənin təhsil sistemindəki ümumi vəziyyəti dəyərləndirən ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, təhsil sahəsində müəyyən inkişafa nail olmaq üçün bir sıra dəyişikliklərin həyata keçirilməsi labüddür:

“2020-ci ildə təhsil sahəsindəki əsas dəyişiklik pandemiya səbəbindən distant tədrisə keçid olub. Lakin geridə qalan müddət ölkənin təhsil sisteminin distant tədrisə hazırlıqlı olmadığını göstərdi. Çünki effektli distant təhsil üçün optimal sistemimiz yoxdur.

Distant tədris sadəcə, müxtəlif platformalar və “Virtual Məktəb” layihəsi vasitəsilə həyata keçirilib. Əgər pandemiya qarşıdakı müddətdə də davam edərsə, distant tədrisi daha da təkmilləşdirmək vacibdir. İlk olaraq, ölkə üzrə internet təminatını yaxşılaşdırmaq lazımdır. Eyni zamanda, ailələrin informasiya texnologiyası qurğularına çıxış imkanları təmin edilməlidir”.

Elçin Əfəndi hesab edir ki, təhsil sistemində qiymətləndirmə meyarlarında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğundur:

“Yəni şəffaf qiymətləndirmə metodunun tətbiqinə ehtiyac var. Əvvəlki qaydada olan formal qiymətləndirmədən imtina etmək lazımdır. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilməsi ilə bağlı ciddi sıxıntı olmasa da, müəyyən dəyişikliklərin edilməsi daha məqbuldur.

Yaxşı olardı ki, bu ildən təhsil ocaqları olmayan ərazilərdə ən azı modul tipli məktəblər yaradılsın. Həmçinin təmir və quruculuq işlərinə ehtiyac olan məktəblərə diqqət ayrılmasəı və şagirdlərin normal dərs vəsaitləri ilə təmin edilmələri zəruridir.

Çünki dərs vəsaitlərinin əlçatanlığında hələ də müəyyən problemlər var. Təhsil Nazirliyi, xüsusilə, informatika fənninin ölkə miqyasında daha çox tədris olunması üçün adekvat addımlar atmalıdır. Ona görə ki, yaşadığımız informasiya əsrində informatika fənninin daha çox mənimsənilməsi gələcəyimiz üçün vacibdir.

Bundan başqa, məktəb direktoru və digər rəhbər vəzifələrə seçimin optimallaşdırılması üçün uyğun islahatlara ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

6363