!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəb direktorlarının ÖZBAŞINALIĞI: “Valideynləri məktəbli formalarını almağa məcbur edirlərsə…” - AÇIQLAMA

!Reklam – Yazi

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Qərarda müəyyən edilib ki, valideynlər məktəbli formalarını satış mərkəzlərindən ala və ya özləri tikdirə bilərlər. Lakin bəzi məktəb direktorları bundan sui-istifadə edərək formaların məcburi şəkildə alınmasını, əks təqdirdə uşaqların məktəbə buraxılmayacağını bildirirlər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı yeni tədris ilində vahid məktəbli formalarından istifadənin Elm və Təhsil Nazirliyi tərəfindən tövsiyə edildiyini deyib.


O, məktəbli formalarından istifadənin məcburi olmadığını, seçim haqqının valideyinlərin üzərinə düşdüyünü bildirib:

“Təhsil Nazirliyi ilk dəfə olaraq mərkəzləşmiş qaydada vahid məktəbli formalarından istifadə edilməsini tövsiyə edib. Həmin geyimləri hər bir məktəb özü və yaxud da təhsil şöbələri müəyyənləşdirərək ümumi məktəblər üçün göndərə bilərlər. Burda məcburi heç bir şey yoxdur. Sadəcə olaraq direktorlar və ya regional təhsil şöbələri müəyyən vasitələrlə valideynləri məktəbli formalarını almağa məcbur edirlər. Bəzən onlar müəyyən dükanlar göstərirlər ki, valideynlər formaları mütləq oradan alsınlar. Ümumiyyətlə, seçim haqqı valideynlərin üzərinə düşməlidir. Çünki eyni tipli geyimlər keyfiyyət baxımından fərqli ola bilər. Yəni valideynlər istəsələr, özləri məktəbli formalarını tikdirə də bilərlər. Yəni qaydaları nəzərə almaqla hər bir variant mümkündür”.

Ekspert əvvəlki tədris illərində istifadə edilən formanın yeni mövsümdə istifadə edilib-edilməyəcəyinə də aydınlıq gətirib:

“Əgər hər hansı bir məktəb yeni tədris ilində vahid geyim formasının olacağı ilə bağlı qərar veribsə, o zaman şagirdlərin fərqli geyimdən istifadəsinə icazə verilməyəcək. Ümumiyyətlə, mən məktəblərdə vahid formanın geyinilməsinin əleyhinəyəm. Çünki azad insan yetişdirmək istəyiriksə, onları eyni forma daxilinə salmaq düzgün deyil. Müxtəliflik olmalıdır. Vahid geyim forması uşaqların ən əsas hüquqlarından biri olan azadlıqlarının əllərindən alınmasıdır”.

Sadiq Cavadov

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv