Məktəb şagirdi avtobusda BIÇAQLANDI – ANBAAN GÖRÜNTÜ

Türkiyədə məktəb şagirdi bıçaqlanıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə avtobusda yaşanıb. Belə ki, məktəb şagirdi ilə tələbə arasında çıxan mübahisə bıçaqlanma ilə nəticələnib.

Birinci kurs tələbəsi şagirdi ayağından bıçaqlayıb. Avtobusda olan digər sərnişinlər dərhal aidiyyatı qurumlara xəbər veriblər. Universitet tələbəsi polis tərəfindən saxlanılıb, bıçaqlanan yeniyetmə isə xəstənaya yerləşdirilib.

Həmin görüntülər avtobusda quraşdırılan təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.