!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdə baş verən dəhşətli hadisənin təfərrüatı: Müəllimin işinə xitam verildi - VİDEO

!Reklam – Yazi

Xaçmazda məktəbdə baş vermiş xoşagəlməz hadisənin təfərrüatı məlum olub.

Belə ki, rayonun Qusarçay kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyən 60 yaşlı Təbriz Adıgözəlovun dərs zamanı səkkizinci sinif şagirdi olan qıza qarşı qiymət yazmaq qarşılığında qeyri-etik davrandığı iddia olunub.

Məktəblinin nənəsi bildirib ki, uşaq heç nə deməyib, ağlayıb:

“Atası da qışqırdı ki, niyə vaxtında deməmisən. Səhər isə mənə, anasına hər şeyi açıqladı”.

Məsələ ilə bağlı Xaçmaz rayon təhsil sektorunun əməkdaşı İmran Müseyibov bildirib ki, aparılan araşdırma nəticəsində məlumatı əldə edən məktəbin direktor müavini və psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb:

“Bundan sonra da müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib. Sözügedən müəllimin özü işdən çıxmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini icra edən direktor müavini də işdən çıxmaq üçün öz ərizəsini təqdim edib”.

Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət olunub.

Tərəflərin izahatları alınıb, hadisənin detalları araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv