!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdə bıçaqlanma, şagirdlər arasında dava... - Günahkar kimdir? / Ekspertdən çıxış yolu

!Reklam – Yazi

“Məktəblərdə eşitdiyimiz və eşitmədiyimiz çox hadisə baş verir”.

Bunu son vaxtlar orta məktəblərdə baş verən döyülmə, bıçaqlanma kimi neqativ hadisələrin, problemlərin həlli yollarından danışarkən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, şagirdlərin telefon işlətməsindən daha vacib problemlər var.

“Günümüzdə məktəblinin telefon işlətməsi qəbahətli bir iş deyil. Çünki günümüz elə bir dövrdədir ki, telefonlar və planşetlər uşaqlarımızın maraq dairəsidir. Onlara alıb verdiyimiz telefonlardan düzgün istifadə edilməsi üçün isə nəzarət lazımdır.

Məktəbdə telefon işlədilməsi məsələsindən daha vacib olan problemlər var. Müəllim və direktorların sanki çəkindikləri nəsə var. Məktəbdə baş verən hadisələrin populyarlaşmasında sözügedən videoları günahkar tuturlar. Bu səbəbdən məktəbə telefon gətirlməsinin əleyhinədirlər. Digər bir səbəb isə direktorun idarə etdiyi məktəbin adının utancverici məsələlərdə hallanmasını istəməməsidir.

İlk öncə təhsil sistemində olan problemlər aradan qaldırılmalıdır. Dərs verdikləri şagirdlərin hər birinin problemləri ilə maraqlanmalıdırlar.

Bizim eşitdiyimiz və eşitmədiyimiz bir çox hadisələr baş verir. Bıçaqlanmalar, müəllim şagird və yaxud şagirdlər arasında davalar… Məktəblərdə valideynlərlə tez-tez görüşlər keçirilməlidir. Yalnız əlamətdar günlərdə yox, hər gün müəllim və valideynlər, şagirdlər arasında danışıqlar aparılmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv