Məktəbdə kütləvi zəhərlənmə – 41 şagird qusur

Türkiyənin Sakarya vilayətində kütləvi zəhərlənmə baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə özəl məktəblərin birində qeydə alınıb.

Məlumata görə, 141 şagird qusma və qarın ağrısı şikayəti ilə müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hazırda 141 şagirddən 26 nəfərin müalicəsinin davam etdirildiyi qeyd edilir, digərləri evə buraxılıb.

Şagirdlərin qida və sudan zəhərləndiyi ehtimal edilir. Araşdırmalar aparılır.