!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdə rüşvət QALMAQALI: Direktorun səs yazısı yayıldı - VİDEO

!Reklam – Yazi

Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər” sujet hazırlayıb.

Bildirilib ki, direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər. Bu zaman hər kəs üçün fərqli məbləğ tələbi qoyulub. Səs yazısı yayılan direktor və müavini barəsində ciddi addımların atıldığı bildirilir.

Səs yazısında direktor təhsil müəssisəsi üçün müəyyən məbləğin yığılmasını tələb edir. Hətta bunun tapşırıq olduğunu deyir. Qalımaqala səbəb olan səs yazısı Sumqayıt şəhərindəki məktəblərin birində yayılıb.

Səs yazısı yayılan şəxsin 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürova olduğu bildirilir. Direktor guya Gigeana və Epidemologiya şöbəsinin məktəbə gəldiyini, onlara cərimə yazdığını söyləyib. Qarşılığında yığılan vəsaitin onlara verilicəyi vurğulayıb.

Faktı Sumqayıt şəhər Təhsil şöbəsi təsdiqləyib. Adı çəkilən qurumdan həmin məktəbdə yayılan səsin həqiqətən Arzu Şükürovaya aid olduğu bildirilib. Qərara əsasən direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad ediliblər.

www.yenicag.az

2121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv