Məktəbdə yanğın: şagirdlər təxliyə olundu

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.