!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbə gedən tunel yol: Palçıq, qaranlıq, ölüm təhlükəsi... - VİDEO

!Reklam – Yazi

Bakıda təhsil almaq üçün məktəbə gedən şagirdlər palçıqdan, qaranlıq tuneldən maşınların onları vurma təhlükəsi altında, qısası, keçməkeşli yollardan keçib gedirlər.

Yenicag.az xəbər verir ki, bu yol Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı, Laçın massivində yerləşən Laçın rayonu İmanlar kənd şəhid Vüqar Şahverdiyev adına orta məktəbinə aparır.

Laçın massivi sakinlərinin bildirdiyinə görə, məktəbin tək yolu tuneldən keçir. Məsələ ondadır ki, tuneldə işıq yoxdur, yol çöküb, göydən düşən bir damcı tuneli keçilməz edir, bunların üzərinə də piyada keçidinin yoxluğunu gəlsək, vəziyyətin necə acınacaqlı olduğunu anlamış olarıq.

Laçın massivi sakinləri yaranmış vəziyyətlə bağlı aidiyyatı qurumların demək olar hər birinə müraciət edib. Bu günə qədər heç bir qurum tədbir görməyib.

Adının çəkilməsini istəməyən valideynin sözlərinə görə, hava yağışlı olduğunda qara günləri başlayır:

“Yağışlı hava oldu qara günlərimiz başlayır. Maşını olanlar uşaqlarını məktəbə maşınla apara bilir. Ancaq maşını olmayanların həm özləri, həm də uşaqları palçığa batır. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Ancaq heç bir tədbir görmürlər. Gördükləri iş tunelin içində yaranmış çalaları torpaqla doldurmaq olur. Son çarəmiz məsələnin mətbuata çıxarmaq oldu”.

Təqdim edəcəyimiz videodan da görəcəksiniz ki, maşınla o tuneli keçmək belə asan deyil.

Həmin videonu sizə təqdim edirik:

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv