!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məktəblərdə pul yığımı elə bir məsələdir ki...” – Keçmiş nazirdən aktual məsələyə REAKSİYA

!Reklam – Yazi

“Burada narazılıq doğuran əsas məqam pul yığımının valideynləri qıcıqlandıran formada həyata keçirilməsidir”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayevin “məktəblərdə pul yığımı məcburi yox, könüllü olmalıdır” haqda fikirlərinə münasibət bildirən keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu məsələnin müzakirəsi nəinki Azərbaycanda, bir çox ölkələrdə də heç vaxt yekunlaşmayacaq:

“Açığı, bu mövzuda birmənalı fikir bildirmək çox çətindir. Bilirsiniz ki, məktəblərdə gözətçilər, xadimələr və başqa texniki işçilər çalışır, onlara da maaş verilməlidir. Amma indiki şəraitdə onları işlətmək və maaşlarını vermək məktəblərin imkanı xaricindədir.

Belə olduqda, valideynlər arasında geniş narazılığa səbəb olan pul yığımına ehtiyac yaranır. Əgər bu gün Azərbaycanda müəllimlər iki yüz yox, min dollar maaş alsalar, o texniki işçilərin əmək haqqını ödəmək üçün çatışmayan pulu onlar verərdilər. İndiki halda bu, mümkün deyil.

Burada narazılıq doğuran əsas məqam pul yığımının valideynləri qıcıqlandıran formada həyata keçirilməsidir. Vəziyyəti normal qaydada onlara izah etmək olar ki, bu, valideynlərin məktəbə köməyidir və qanuna zidd deyil. Ancaq əlbəttə ki, məktəbdə şəxsi məqsədlər üçün pul yığımı yolverilməzdir.

Mənə belə gəlir, bu elə məsələdir ki, onun müzakirəsi nəinki Azərbaycanda, bir çox ölkələrdə də heç vaxt yekunlaşmayacaq”.

A.Zeynalov

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv