!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə qorxunc ÖLÜM STATİSTİKASI: Səbəb VAKSİNDİR? – Professordan SOS SİQNALI

!Reklam – Yazi

Son vaxtlar Azərbaycanda məktəbli uşaqlar arasında ölüm halları tez-tez qeydə alınmaqdadır. Sonuncu dəfə oktyabrın 18-də Oğuzun Çaldaş kənd tam orta məktəbində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əzizova idman dərsi zamanı qəfildən həyatını itirib. Məktəblinin ürək tutması səbəbindən dünyasını dəyişdiyi bildirilib. Məktəblilər arasında ölüm hallarının artmasını pandemiya dönəmində vurulan vaksinlərlə əlaqələndirənlər də var.

Yenicag.az-a açıqlama verən Tibb elmləri doktoru, professor Adil Qeybulla şagirdlər arasında ölüm hallarının artmasını bir neçə səbəblə əlaqələndirib. O, pandemiyanın da qəfil ölümlərdə rolu olduğunu bildirib:

“Orta məktəblərdə ölüm halları hər zaman olub. Amma son vaxtlar bu kimi hallarının əvvəlki illərə nisbətən artması pandemiyadan sonrakı dövrlə bağlıdır. Əlbəttə ki, pandemiya insanların səhhətində müəyyən izlər buraxıb. Bununla bağlı tədqiqatlar da aparılır. Məktəbyaşlılar arasında ölüm hallarının vaksinlə əlaqələndirilməsinə gəlincə, beynəlxalq təşkilatların, xüsusilə də xəstəliklərə nəzarət və profilaktika, eləcə də dünyanın nüfuzlu tibb mərkəzlərinin araşdırmaları göstərir ki, vaksinasiya ilə bağlı ciddi problemlər yoxdur. Müəyyən ağırlaşmalar olub, o da nadir hallarda. Amma sistematik ağırlaşmalar olmadı. Vaxtilə denqi qızdırmasına, donuz qripinə qarşı aparılan vaksinasiyalarda da belə hallar yaşanmışdı. Ona görə düşünmürəm, bu ölüm halları sırf vaksinlərlə bağlı olsun. Amma pandemiya ilə bağlı orqanizmdə müəyyən dəyişikliklər ola bilər. Bunlar hamısı da araşdırma tələb edən işdir. Hazırda da bu istiqamətdə dediyim kimi tədqiqatlar aparılır”.

Professor SOS siqnalı verilməsinin vaxtı çatdığını bildirib:

“Fakt odur ki, bu istiqamətdə həyəcan təbili çalınnmalıdır. Məktəbyaşlı uşaqların poliklinikada yoxlanması, heç olmazsa, ildə bir dəfə müayinələrdən keçməsi vacibdir. Onların sağlamlıqlarına nəzarəti hər hansı bir formada həyata keçirilməlidir. Bəzən müxtəlif xəstəliklərdən də uşağın ölümünün baş verməsi məktəbə təsadüf edə bilər. Ürək və digər orqanlarda elə patologiyalar olar ki, bu da qəfləti ölümə gətirib çıxara bilər.

Təəssüflər olsun ki, istər böyüklər, istərsə də kiçiklər ildə bir dəfə də olsun müayinə olunmur. Ölkədə səhiyyənin infrastrukturu elə qurulmalıdır ki, əhalinin sağlamlığına, genefonda sistemli nəzarət həyata keçirilsin”.

Cəvahir

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv