!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə şagird DAVRANIŞLARI - Yeni qaydalar hazırlanacaq

!Reklam – Yazi

“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub. Nəzərə alsaq ki, ölkədə 70 minə yaxın sinif komplekti var və bu o deməkdir ki, gündə 350 min dərs keçirilir. Bu halda müəyyən problemlərin olması qaçılmazdır”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdirinin sözlərinə görə, ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb:

“Tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

O qeyd edib ki, yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq:

“Hazırda hər hansı məktəbə davranışlarla bağlı yeni nəsə göndərməyiniz barədə nəsə yoxdur. Məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər. Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik”.

“Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötən ilki Müəllimlərin İşə Qəbulu İmtahanlarında uğur qazanıb müəllim olublar. onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Bu il hədəfləmişik ki, bu il yeni işə götürüləcək müəllimlərə yeni tədris ili başlayana qədər, ən geci sentyabr ayının sonuna qədər onlara sinif idarəetmə təlimindən keçirək. Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar. Bununla bağlı nazirlik Təhsil İnstitutuna tapşırıq verib ki, bullinqlə bağlı öyrədici materialların tədris resusrlarında artırılması istiqamətində işlər aparsın” – nazirlik rəsmisi əlavə edib.

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv