!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə tibbi xidmətin YARITMAZLIĞI: “Sahə həkimi gündəlik iş vaxtının müəyyən hissəsini...”

!Reklam – Yazi

“Epidemioloji vəziyyətin kəskinlləşdiyini nəzərə alaraq, bu məsələyə daha ciddi yanaşılmalıdır”.

Bu fikirləri orta məktəblərdə tibbi xidmətin səviyyəsini dəyərləndirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, məktəblərdə tibbi xidmətin təşkili ilə bağlı ciddi problemlər mövcuddur:

“Təhsil müəssisələrində tibbi xidmətin qaydaları Nazirlər Kabinetinin 2010- cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq olunub. Sözügedən qaydalara uyğun olaraq, ümumitəhsil müəssisələrində xidmət göstərmək üçün şəhərlərdə poliklinikalar, kəndlərdə isə ambulator tibb müəssisələri tərəfindən hər məktəbə bir tibb bacısı ayrılmalıdır.

Eyni zamanda, konkret bir məktəbin yerləşdiyi sahənin həkimi də həmin həmin təhsil müəssisəsinin həkimi sayılır. Sahə həkimi gündəlik iş vaxtının müəyyən hissəsini məktəbdə keçirməlidir.

Məktəblərdə yaradılan tibb otaqları üçün zəruri ləvazimatlar Elm və Təhsil Nazirliyi, dərman pereparatları və tibbi işçiləri ilə isə ambulator tibb məntəqələri tərəfindən təmin edilməlidir.

Lakin müşahidələrimizə əsasən deyə bilərik ki, məktəblərimizdə tibbi xidmətin fəaliyyəti zəifdir. Bölgə və kənd məktəblərində, ümumiyyətlə, tibbi xidmət fəaliyyət göstərmir. Məktəblərin ambulator müəssisələri ilə əməkdaşlığı yox səviyyəsindədir. Hesab edirəm ki, epidemioloji vəziyyətin kəskinləşdiyini nəzərə alaraq, bu məsələyə daha ciddi yanaşılmalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv