!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə tükənməyən NEQATİVLƏR - Nazirliyin və qrant alan Şuranın İŞBİLMƏZLİYİ

!Reklam – Yazi

“Təhsil müəssisələrində baş verən neqativ hadisələrə görə Elm və Təhsil Nazirliyi, nəzdində olan qurumlar, qrant layihələri alıb yeyən tabeliyindəki İctimai Şura öz öhdəliklərini dərk etməlidir”.

Bu sözləri İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu problemini ictimailəşdirən müəllim Leyla Nəcəfquliyevanın mövqeyini şərh edən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müvafiq qurumların öz vəzifə borclarını düzgün yerinə yetirməməsi orta məktəblərdə neqativ halların artmasına yol açır:

“Sözügedən hadisədə müəllimin heç bir günahı yoxdur. Çünki müəllim mövcud problemi işıqlandırıb. Aidiyyatı qurumlar problemin aradan qaldırılması üçün tədbirlər görməlidirlər. Müəllimə töhmət verilməsi məsələsini araşdırdım və bəlli oldu ki, töhmət məhz buraxdığı dərslərə və eyni zamanda şagirdləri dərsdən yayınmaq çağırışına görə verilib. Yəni müəllim şagirdləri dərsə gəlməməyə təhrik edib. Əgər müəllimə töhməti məhz çəkdiyi videoya görə veriblərsə, bu, doğru yanaşma deyil. Əslində son dövrlər təhsil ocaqları ilə bağlı neqativ halların yaşanması əvvəlki illərlə müqayisədə daha çoxdur.

Bəzi məktəb rəhbərləri öz vəzifəsindən sui-istifadə edirlər. Bu cür problemlərin yaranmasında təkcə Elm və Təhsil Nazirliyi deyil, nəzdində olan qurumlar da məsuliyyət daşıyır. Hansı ki, regional təhsil dairələri, elm və təhsil nazirinin müavinləri bu işlərlə daha ciddi məşğul olmalıdır. Bundan başqa, qrant layihələri alıb yeyən Elm və Təhsil Nazirliyinin tabeliyindəki İctimai Şura da öz öhdəliklərini dərk etməlidir. Əks halda mövcud neqativ temp artmaqda davam edəcək”.

Gülşən Şərif

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv