Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məktəblərə buraxılmayan uşaq ədəbiyyatı - Qəşəm Nəcəfzadə Təhsil Nazirliyini topa tutdu

Ha çalışırıq, ha yazırıq, ha deyirik, yenə də yaralı uşaq ədəbiyyatımız öz istəklərinə yetə bilmir. Yəni sual bu olur ki, niyə yeni uşaq ədəbiyyatımız yaranmır, valideynlər niyə Rusiyada çap olunmuş uşaq kitablarına üz tutur? Bəs bizim uşaq ədəbiyyatımız hanı? Uşaq yazıçılarımız niyə fil qulağında yatıblar?

Bu cür suallar gündəmdədir. Müsahibə verən də, yazı yazan da, bir sözlə, baltalı da, baltasız da yüyürür uşaq ədəbiyyatının üstünə. Nəticədə, uşaq şeirimiz və həmin şeirin içindəki uşaq başını götürüb qaçır.

Bu problemləri hər dəfə fikirləşəndə Mirzə Cəlil demiş: barmağımı disləyirəm. Baxıram ki, uşaq ədəbiyyatının problemlərindən danışanların çoxu elə bu ədəbiyyatın qapısına qıfıl vuranlardır.

Məsələn, hansı məktəb direktoru uşaq ədəbiyyatından pafosla, yana–yana danışırsa, bil və agah ol ki, uşaq jurnalları və kitablarını məktəbə qoymayanın ən yekəsi elə özüdür. Onun dedikləri sadəcə, çıxışdır və bir az da guya özünütənqiddir. Özünütənqid də özündən başlamır, başlayır uşaq ədəbiyyatı yaratmayanlardan və bu işi yetərincə yarıtmayanlardan.

Ayrı- ayrı fərdi təşəbbüsləri çıxsaq, orta məktəblər bu gün uşaq ədəbi məhsulları və yazıçılarının üzünə bağlıdır. Məktəbdə hər şey satıla bilər, amma uşaq kitabları və jurnalları yox. Məktəblərin yanında siqaret, ərzaq, müxtəlif rəngli içkilər satan koşklər ola bilər, amma balaca kitab dükanları ola bilməz.

Orta məktəb direktorları və müəllimləri uşaq ədəbiyyatının inkişafını öz məktəblərində yox, uzaqdan gözləyirlər. Elə bilirlər “inkişaf” uzaqdan gəlməlidir və guya bunlar da inkişafın yolunu gözləməkdən yorulublar. O da gəlmir ki, gəlmir.

Bu gün orta məktəblərə uşaq jurnalları buraxılmır. Məktəbdə hər şeyə pul tapılır, uşaq jurnal və kitablarına yox. Uşaq ədəbiyyatı hasarın bu üzündə, uşaqlar da o biri üzündə qalıb. Uşaq yazıçılarını orta məktəblərə çağırmırlar. Görüşlər keçirmirlər.

Azərbaycan Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı şöbəsinin müdiri kimi dəfələrlə təklif etmişəm ki, ibtidai siniflərdə uşaq yazıçılarının görüşlərini təşkil etsinlər. Lap dərslikdə şeiri yer alan şairi çağırsınlar, həmin şeirin tədrisini müəllif aparsın. Kimə deyirsən? Yenə də əzbərlənmiş pafoslu cümlələr: “Yeni uşaq ədəbiyyatımız niyə yaranmır? “Cırtdan” kimi əsərlərimiz niyə yoxdir?” kimi şablon fikirlər və suallar…
Bu gün böyük inamla deyə bilərəm ki, bizdə, müstəqillik illərində kifayət qədər uşaq əsərləri yazılıb, maraqlı uşaq kitabları çap olunub. Tirajın azlığı ucbatından az sayda şəhərimizin kitabxanalarına verilib. Balaca oxucular gəlib, öz kitablarını ala bilmirlər. Valideynlərin də çoxu, görünür, sən deyən yaxşı oxucu deyillər, şəkilli kitablar alırlar, özü də xarici ölkələrdə çap olunanlardan. Axı həmin valideynlər də vaxtı ilə həmin məktəblərdə oxuyublar, onlar da Azərbaycanımızın uşaq jurnal və kitablarından uzaq düşüblər. İndi də nəticə göz qabağındadır.

Bu gün uşaqlar şeirə, şeir də uşaqlara həsrətdir. Bəs şeirlərimizi kimə oxuyaq? Uşağı haradan tapaq? Orta məktəb direktorları uşaqları bizə göstərmirlər, özləri də deyir ki, uşaq şeiri yazın? Hanı, necə yazaq: bizim körpə oxucularımız əlimizdən alınıb, jurnallarımız və kitablarımız orta məktəbə və bağçalara ayaq açmırsa, necə uşaq əsərləri yarada bilərik?

Uşaq oxucu kontingenti orta məktəblərdədir. Məktəblər də direktorlar hərdən rəhbəri olduğu məktəbin qapısına çıxıb, uşaq ədəbiyyatının inkişafını uzaqdan gözləyir – ən azı Təhsil Nazirliyindən. “İnkişaf” müəllim gecikir. Amma onlar bilmirlər ki, “inkişaf” siniflərdəki partaların üstündədir. Özü də iflic halında. Sadəcə, onu hərəkətə gətirmək lazımdır.

Yeniçağ.az

www.yenicag.az

493