!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbli geyimlərinə il MƏHDUDİYYƏTİ: "Yaşayış səviyyəsi nəzərə alınmalıdır" - ETİRAZ

!Reklam – Yazi

Azərbaycanda şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq ediləcək. Bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Bu qərar isə valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, nəzərdə tutulan qərar fonunda valideynin xərc çəkərək aldığı geyimin 3 ildən sonra digər məktəbli övladlarının da istifadə edə bilməməsi narazılıq yaradıb.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, qəbul olunan qərar valideynlərin maddi yükünü artıracaq və bu fonda etirazların olmaması üçün müvafiq qurumlar əhalinin sosial vəziyyətinə uyğun addım atmalıdırlar:

“Hər il məktəblilərin geyim formaları ilə bağlı müəyyən dəyişikliklər baş verirdi. Geyimlərin rəngi tez-tez dəyişdirilirdi. Bu baxımdan, məktəblilərin geyim formasının vahid standartlara cavab verməsi müsbət haldır. Bu geyimlərin istifadəsinə 3 il müddət qoyulması isə valideynlərin əlavə xərclərlə üzləşməsinə yol açacaq. Ona görə də geyimləri illə sərhədləşdirmək düzgün deyil. Əgər il təyin olacaqsa, ən azından 5 il müddətinə olmalıdır. Bu müddət ərzində şagirdlərin geyimləri səliqəli saxlayıb-saxlamayacağı başqa mövzudur. Lakin istənilən halda, 3 illik müddətin narazılıq doğurması başadüşüləndir. Ümumilikdə, vahid formalı geyimlərə vaxt məhdudiyyətinin qoyulması sırf istehsalatla məşğul olanlar üçün əlavə qazanc mənbəyinə çevriləcək. Təhsili yüksək səviyyədə inkişaf etmiş xarici ölkələrə nəzər salsaq, geyim formasına illik məhdudiyyətin tətbiq olunması halları var. Lakin Azərbaycan kimi ölkələrdə yaşayış səviyyəsi nəzərə alınmalıdır və valideynlərin maddi vəziyyətinə uyğun qərar qəbul edilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv