Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məktəblilər arasında genişlənən TƏHLÜKƏLİ TENDENSİYA – Ekspertlər çıxış yolunu nədə görür? - MÖVQELƏR

Lalə Mehralı: “Orta məktəblərdə psixoloqların fəaliyyətində gözlənilən nəticə hələ də əldə olunmayıb”.

Fərqanə Mehmanqızı: “Bu vəziyyəti müsbətə doğru dəyişmək üçün ümumtəhsil müəssisələrində psixoloqların fəaliyyətini aktivləşdirmək vacibdir”.

Azərbaycanda 15-17 yaşlı məktəbli qızlar arasında hamiləliyin artan statistikası ciddi narahatlıq doğurur. Məlumata görə, son dövrlərdə qeyd olunan yaş kateqoriyasına aid 40 məktəbli qız abort əməliyyatına məruz qalıb. Bu arzuedilməz tendensiya ilə bağlı “həyəcan təbili” vuran ekspertlər müxtəlif çıxış yolları təklif edirlər.

Bu mövzunu Yenicag.az-a dəyərləndirən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı bildirib ki, mövcud tendensiyanın qarşısını almaq üçün ümumtəhsil müəssisələrində ciddi nəzarət sistemi yaradılmalıdır:

“Məktəbli qızların hamilə qalmaları və abort edilmələri çox narahatedici haldır. Bu vəziyyət məktəbli qızın həyatı üçün də böyük təhlükədir. Yeniyetmələrin təhlükəsizliyi təkcə evdə deyil, məktəblərdə də təmin olunmalıdır. Əgər istənilən valideyn övladını məktəbə əmanət edirsə, orada psixoloji və ya fiziki baxımdan onların təhlükəsizliyi maksimum qorunmalıdır.

Ümumtəhsil müəssisələrində psixoloqların fəaliyyəti ilə bağlı konkret fikir demək olmur. Çünki valideyn, ekspert və ya mətbuat işçisi olaraq, bu fəaliyyəti normal müşahidə edə bilmirik. Orta məktəblərdə psixoloqların fəaliyyətində gözlənilən nəticə hələ də əldə olunmayıb.

Dövlət tərəfindən ümumtəhsil müəssisələrində psixoloq ştatı üçün vəsait ayrılır. Lakin bu vəsaitin kimlərin cibinə getdiyi və ya ştatda olan psixoloqun maaş aldığı təqdirdə öz vəzifəsini icra etməməsinin səbəbləri qaranlıqdır. Ona görə də, orta məktəblərdə psixoloqların fəaliyyətinə ciddi şəkildə nəzarət olunmalıdır. Bildiyim qədər, məktəblərdə şagirdlər üçün tövsiyə və ya maarifləndirmə xarakterli psixoloji seanslar təşkil olunmur”.

Psixoloq Fərqanə Mehmanqızı isə Yenicag.az-a açıqlamasında qeyd edib ki, məktəbli qızlar arasında abort olunanların sayı rəsmi statistikadan daha çoxdur. Bu vəziyyətin yaranmasının əsas səbəbi isə maarrifləndirmə işlərinin zəif olması və məlumatsızlıqdır:

“Əslində, həkim müdaxilə ilə deyil, fərqli üsullarla hamiləliyi sonlandırma halları daha yüksəkdir. Burada psixoloji faktorlar əsas rollardan birini oynayır. Ailə daxilində sevgi görməyən, şiddət mühitində böyüyən, xüsusilə də anaların qızları ilə münasibətlərində psixoloji balansın pozulması, qarşılıqlı etimadsızlıq kimi amillər yeniyetməlik dövrü böhranında belə arzuolunmaz halların baş verməsinə yol açır.

Bu faciələrin əsas səbəbi sevgi və diqqət axtarışıdır. Məktəblərdəki psixoloqların fəaliyyəti – xüsususilə, ibtidai və son siniflərdə – daha effektiv təşkil olunarsa, problemlərin qarşısı öncədən alına bilər.

Nəticədə valideyn övladı ilə arasındakı problemləri psixoloqun dəstəyi ilə həll edə və cəmiyyət üçün sağlam şəxsiyyət yetişdirilə bilər. Çünki zərərli şəxsiyyət tək ailə deyil, cəmiyyət üçün də təhlükədir.

Məktəblərdə psixoloqların düzgün fəaliyyəti abortla yanaşı, məktəbli qız və oğlanlar arasında narkomaniyaya meyli də azalda bilər. Bu gün yeniyetmələr arasında aqressiya yüksək səviyyədir. Bu vəziyyəti müsbətə doğru dəyişmək üçün ümumtəhsil müəssisələrində psixoloqların fəaliyyətini aktivləşdirmək vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

1719