Məktəblilərin qış tətili günləri açıqlandı

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb. 

Təhsil Nazirliyindən yenicag.az-a verilən məlumata görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar).

– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.