!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məktəblinin dostu” layihəsi ilə bağlı tədbir keçirildi - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə Bakı şəhərində yerləşən 61, 14 və 19 saylı orta məktəblərdə “Məktəblilər arasında istehlakçı hüquqları və qida təhlükəsizliyinin təbliğinə dair maarifləndirmə tədbirləri” adlı layihə çərçivəsində tədbirlər keçirildi.

Yenicag.az xəbər verir ki, tədbirləri giriş sözü ilə “İqtisadçı Tələbələr Dəstək” İctimai Birliyinin sədri Səməd Rzazadə açaraq layihə barəsində geniş məlumat verdi.
Tədbirlər zamanı sağlam qidalanma mütəxəssisi, “Qida Təhlükəsizliyi Hərəkatının” sədri Məhsəti Hüseynova sağlam və düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik, mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı yeyinti məhsulları, qida qatqı maddələri barədə geniş məlumat verdi.
Sağlam qida təbliğatçısı, “Qida Təhlükəsizliyi Hərəkatı”nın həmtəsisçisi Asim Vəliyev məktəblilərə qida zəncirinin mərhələləri, qida qaynaqlı xəstəliklər, qida seçərkən diqqət ediləcək məqamlar barədə məlumat verdi.

Tədbirlərin sonunda məktəblilərə layihə “Sağlam Həyat bələdçisi” adlı kitabçalar paylanıldı və iştirakçılara sertifikatlar təqdim olundu.

image-inbound7557209751063796512image-img-20231011-wa0003image-img-20231011-wa0002image-img-20231011-wa0005image-img-20231011-wa0004image-img-20231011-wa0007image-img-20231011-wa0006image-img-20231011-wa0009image-img-20231011-wa0008

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv