!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məlahət Abbasova 35 il ÖNCƏ - FOTOLAR

!Reklam – Yazi

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova 1988-ci ildə çəkildiyi “Sürəyya” filmdən fotosunu paylaşıb.

Yenicag.az xəbər verir ki, aktrisanın fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb. O, fotoları “Kinoda ilk baş rolum” şərhi ilə təqdim edib.

Qeyd edək ki, Tofiq İsmayılovun rejissorluğu ilə ekran həyatı qazanan filmin qəhrəmanı Sürəyya (Məlahət Abbasova) adlı gənc qızdır. O, kənddə yaşayır, sağıcıdır.

Nişanlısı Seyfəddin (Rza Xudiyev) neçə il əvvəl Moskvaya gedib və qayıtmayıb. Sürəyya nişanlısının yolunu gözləməkdən yorulur və qərara alır ki, onun arxasınca Moskvaya getsin.

O, Moskvaya yola düşür, Seyfəddinin dostlarını (Yaşar Nuri, Hacı İsmayılov, Tofiq Mirzəyev) tapır. Məlum olur ki, Seyfəddin burda bir rus qızı ilə ailə qurub.

 

Cəvahir

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv