!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məlahət Abbasova: “Kiminsə yemi olmadım, məqsədimə çatmaq üçün…” - FOTO

!Reklam – Yazi

“Bu yerlərə gəlmək və öz məqsədlərimə çatmaqdan ötrü kimsədən istifadə etmədim və kimsənin yemi olmadım…”

Yenicag.az xəbər verir ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında uşaqlıq fotosunu paylaşaraq belə yazıb.

O, xətalarının həyatda ona hər zaman dərs olduğunu vurğulayıb:

“Çox insan “çirkin” olmuşam deyib, məsum uşaqlıq şəkillərini paylaşmaz. Amma mənə görə həyatın keşməkeşlərindən xəbəri olmayan, saf, təmiz ruha sahib, bütün uşaqlar gözəldir. O gözəllərdən biri də mənim bu şəkillərim.
Qızğınlığım, əsəbiləşməyim sadəcə 10 dəqiqəlikdir. Xərçəng bürcünün bütün xüsusiyyətlərini daşıyıram. Duyğusallıqdan öləcəm. Məntiqlə duyğusallığın əsla yola getmədiyi, hər daim savaş içində olduğu bir ruha sahibəm. Əsla star havalarında olmadım. Kompleks, eqo nədir bilmədim. Çörək kəsdiyim insanları, ən başlıcası, Allahı əsla unutmadım. Xətalarım, yanlışlıqlarım dərsim oldu. Bu yerlərə gəlmək və öz məqsədlərimə çatmaqdan ötrü kimsədən istifadə etmədim və kimsənin yemi olmadım”.

Fotonu təqdim edirik:

Nehru

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv