!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mələkxanıma, “O uşağı niyə sındırırsan?”, - deyən Seyran Səxavətə Arif Babayevdən CAVAB

!Reklam – Yazi

Tanınmış yazıçı Seyran Səxavət Səkkizinci Televiziya Muğam Müsabiqəsinin münsiflərindən olan Xalq artisti Mələkxanım Əyyubovaya irad səsələndirib. O, gənc xanım münsifin azyaşlı müsabiqə iştirakçısı Sabir Ağayevi “sındırdığını” və ona haqsız olaraq aşağı bal verdiyini bildirib.

Məsələyə münasibət öyrənmək üçün M.Əyyubova ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı.

Seyran Səxavətin iradına müsabiqənin münsif heyətinin rəhbəri Xalq artisti Arif Babayevin münasibətini öyrəndik. Yenicag.az-a açıqlama verən ustad xanəndənin cavabı belə oldu:

“Sabir balamızın ifasını hamımız bəyəndik və onun ifasını on balla qiymətləndirddk. Qaldı ki, Mələkxanıma, o, illərin ifaçısıdır, onu qınamaq lazım deyil. Bu, müsabiqədir və hər bir münsifin öz fikri var. Müsabiqədə münsif kürsüsündə əyləşən hər bir kəs illərdir bu sahədədir və öz sözünü demiş insanlardır. Bizim borcumuz bizə həvalə olunan işə məsuliyyətlə yanaşmaq və ən layiqli gənc ifaçıları seçib musiqi aləminə təqdim etməkdən ibarətdir”.

Qeyd edək ki, Seyran Səxavət moderator.az-a açıqlamasında xanəndə xanımın ünvanına irad səsləndirib. Onu gənc ifaçı ilə kobud davranmaqda qınayıb: “Mələkxanım, o uşağı niyə “sındırırsan?”

Cəvahir

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv