!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Memarlıq abidəsində avtoyuma: Nazirlik işə qarışdı

!Reklam – Yazi

Bakıda Bülbül prospekti-63 ünvanında yerləşən, 1899-cu ilə aid tarixi binanın içində avtoyuma məntəqəsi açılıb.

Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələyə münasibət bildirib.

“Aparılan monitorinqlər nəticəsində Bülbül prospekti-63 ünvanında yerləşən memarlıq abidəsinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektdə də qeyri-qanuni istifadə faktı aşkar olunub və mülkiyyətçiyə yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün xəbərdarlıq edilib”.

Xidmətin yaydığı məlumatda əlavə olunub ki, abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən və təyinata uyğun olunmayan istifadə halları aşkar olunduqda müvafiq tədbirlər görülür:

“Aşkar olunan nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb. Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib”.

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv