!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məməlilərin hüceyrələrində yeni orqanoid kəşf edildi: Bir çox xəstəliyin səbəbi ola bilər

!Reklam – Yazi

Elm adamları məməlilərin hüceyrələrində yeni bir orqanoid (hüceyrə daxilində bir sıra funksiyaları yetirən quruluşlar) kəşf ediblər.

Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, bu barədə “Molecular Biology of the Cell” jurnalında məqalə yayımlanıb.

Daha əvvəl mövcudluğu haqqında heç bir məlumat olmayan orqanoidə “exclusome” adı verilib.

Zürix Federal Texnologiya İnstitutunun araşdırmaçıları kəşf edilən orqanoidin avtoimmun xəstəliklərlə əlaqəli ola biləcəyini düşünürlər. Bu xəstəliklər arasında diabet, psoriyaz, revmatoid artrit və bir çox xəstəliklər yer alır.

Qeyd olunan orqanoidin araşdırılması adı çəkilən xəstəliklərin müalicəsində inqilaba yol aça bilər.

www.yenicag.az

2169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv