!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verdi

!Reklam – Yazi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un IV mərhələsində məzəli hadisə ilə üzləşib.

Yenicag.az xəbər verir ki, 37 yaşlı qrossmeyster FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşi ilə blits qarşılaşmasında səhvə yol verib.

Məmmədyarov top fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb.

Qaydalara əsasən, Azərbaycan təmsilçisi əlini topa qoyduğu üçün gməhz həmin fiqurla daha düzgün gediş etməli olub. Lakin bu zaman rəqib əlavə iki dəqiqə vaxt əldə edib.

Qeyd edək ki, qarşılaşma Yan Nepomnyaşinin qələbəsi ilə bitib. Hazırda 10 xala malik Məmmədyarov ABŞ şahmatçısı Fabiano Karuana ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi isə ABŞ təmsilçisi Syun Ceffri ilə birlikdə hərəyə 14 xalla 4-5-ci yerləri bölüşür. 10 qrossmeysterin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv