!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmur biznesinin DAHA BİR ÖRNƏYİ: Yevlaxda ticarət mərkəzi tikdirən Məzahir Səlimov kimdir? – FOTOLAR

!Reklam – Yazi

Azərbaycanda bir çox vəzifəli şəxslərin böyük biznes şəbəkələrinə və nəhəng obyektlərə sahib olmaları barədə mətbuatda davamlı materiallar dərc edildiyindən, bununla kimisə təəccübləndirmək artıq mümkün deyil.

Bu və ya digər dövlət qurumuna rəhbərlik edən məmurların aldıqları maaşla malik olduqları var-dövlət arasında uçurumun olması ortaya çox ciddi suallar çıxarır. O baxımdan, “uğurlu biznesmen”ə çevrilən məmurların bu sərvəti korrupsiya sayəsində əldə etmələrinə yönəlik şübhələr təbii qarşılanmalıdır.

Yenicag.az-a daxil olan məlumata əsasən, belə məmurlardan biri də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovdur. Əldə etdiyimiz informasiyada yer alan iddiaya görə, Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin balansındakı vəsaitlər hesabına mənimsədiyi böyük pulların səbəbinə çox sayda obyekt və mülklərə sahib olub. Belə mülklərdən birinin də Yevlax şəhəri Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzinin olduğu iddia edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 522 kvadrat metr olan 2 mərtəbli obyektin tikintisinə icazə 2021-ci ildə verilib. Ümumi sahəsi 857 kvadrat metr olan obyektin indiki bazar qiymətinin 300 min manatdan çox olduğu deyilir.

Qeyd edək ki, hazırda Məzahir Səlimovun rəhbərlik etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsinin işğaldan azad edilmiş ərazilərdə müxtəlif tenderlər üzrə qəbul olunan sifarişlər əsasında podrat işlərini həyata keçirdiyi bildirilir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv