Məmur nəvəsinin viran qoyduğu türk ailəsi - 3 uşaq yetim qala bilər

media-hightechnic-468x90

Ötən gün Bakının Heydər Əliyev prospektində dəhşətli qəzanın baş verdiyini xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşın 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Piyadalardan ikisi Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekişdir. Əldə etdiyimiz özəl məlumata görə, “Medical Plaza”ya yerləşdirən xanım Tekişin vəziyyəti olduqca ağırdır. Onun onurğa sümüyü qırılıb. Söngülün şikəst qalacağı ehtimal edilir.

Mütallib Tekişin də başı partladığı üçün vəziyyəti kritikdir. Reanimasiya şöbəsinə yerləşdirilən Mütallib müalicəsi heç bir müsbət cavab vermir. Onun həyatı üçün təhlükə davam edir.

Onu da öyrəndik ki, xəstəxanaya yerləşdirilən ata və ananın üç övladı var. Cütlüyün uşaqları ailə dostlarının nəzarətindədir.

Xatırladaq ki, qəza zamanı digər piyada Əsədov Vaqif Ağamoğlan oğlu hadisə yerindəcə dünyasını dəyişib.

Emin

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600