!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məmur övladları müharibə vaxtı xaricə qaçanda Tahir Kərimlinin oğlu kişi kimi döyüşürdü” - REAKSİYA

!Reklam – Yazi

“İş tapmaq üçün kiminsə dostu, qohumu olmaq, kiminsə “bığ”ının altından keçmək lazımdır?”

Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimlinin oğlunun iki aydır işsiz qalması haqda fikri ətrafında gedən müzakirələrə toxunan ekspert Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox tanınmış fiqurların övladları yüksək səviyyədə təhsil alsalar da, iş tapa bilmirlər:

“Əslində, bu yayğın bir problemdir. Tək Tahir Kərimlinin, başqa deputatlardan kimlərinsə deyil, bir çox tanınmış insanların xaricdə yüksək səviyyədə təhsil almış övladlarını müxtəlif dövlət qurumlarında işə qəbul etmək olar. Çünki hazırlıqlıdırlar və onlara tapşırılan vəzifələrin öhdəsindən gələcək gücdədirlər. Amma onlar da bir çoxları kimi işsiz-gücsüz qalıblar.

Açıq desək, Tahir Kərimlinin qaldırdığı məsələ aktualdır. Cəmiyyətin tanıdığı insanlardan nümunə də gətirə bilərəm. Məsələn, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun Londonda təhsil alan, ingilis dilini mükəmməl bilən, öz sahəsində xeyli hazırlıqlı olan oğlu Orxan Amaşov işsizdir.

Eyni zamanda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevin biri Amerikada, digəri Londonda təhsil almış iki övladına da burada iş tapılmayıb. Belə misalların sayını artıra da bilərik.

Tahir bəy də bu barədə danışmaqla aktual bir problemi gündəmə gətirib. Bəziləri bu məsələni də lağlağıya çevirdilər, “deputat bu qədərmi ağır vəziyyətdədir” deyə suallar yazdılar? Ancaq məsələ Tahir bəyin özünün vəziyyətindən getmir axı… Tahir Kərimlinin Azərbaycanı atıb getməyən, bir çox məmurların övladlarından fərqli, 44 günlük müharibədə ölkədən qaçıb getməyən, kişi kimi döyüşən oğlu niyə iş tapa bilməməlidir?

İş tapmaq üçün kiminsə dostu, qohumu olmaq, kiminsə “bığ”ının altından keçmək lazımdır? Belə olmamalıdır. Xatırlayıram, Tahir Kərimli bir neçə gün əvvəl bəzi problemlərin həlli üçün xaricdən mütəxəssis çağırılmasını təklif etmişdi. İnanıram ki, o bu fikri də ironiya ilə söyləmişdi. Bir daha deyirəm, içi mən özüm qarışıq, Azərbaycanda yetərincə hazırlıqlı insanlar olsa da, kiminsə qohumu olmadığımız üçün qalmışıq kənarda. Yenə deyirəm, Tahir bəy bu məsələni qaldırmaqda haqlıdır”.

A.Zeynalov

www.yenicag.az

825
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv