!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən azərbaycanlıyam” bilik yarışmasının qalibləri mükafatlandırıldı - VİDEO

!Reklam – Yazi

“Mən Azərbaycanlıyam” Milli Bilik yarışmasının XI müvsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimi açıq elan edən Əməkdar artist Oleq Əmirbəyov bildirib ki, keçən 11 mövsümün bütün iştirakçıları yarışma tarixində xüsusi yer tutur.

Daha sonra 11-ci mövsümün xülasəsinə yer verilmiş videoçarx nümayiş olunub.

Çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışlarının ölkəmizdə insan kapitalının formalaşmasında böyük rolu olduğunu deyib. Gənclərə xoş arzularını çatdıran nazir müavini bildirib ki, ölkəyə, xalqa olan məhəbbət gələcək nəsillərə ötürülməlidir.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında sözügedən layihənin azərbaycançılıq ideyasının gənclər arasında yayılmasındakı rolundan danışıb, iştirakçılara gələcək həyatlarında uğurlar arzulayıb.

Dövlət Televiziyasının Analitik qrupunun rəhbəri Faiq Hüsiyev AZTV-nin xüsusi inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib və “Mən Azərbaycanlıyam” yarışmasının televiziyada əsaslı yer tutduğunu qeyd edib.

Sonda 11-ci mövsümün qalibləri olmuş Şahin Məmmədov, Rəşad Səfərov, İsmayıl Məmmədquliyev və Murad Aslanova mükafatlar təqdim edilib.

 

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv