“Mən bir susmaz duyğuyam ki…” – Vətənin vəsf olunduğu gecə

Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə “Şair və Vətən” adlı şeir gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Yunus Emre İnstitutunun təşkil etdiyi tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. Gecədə millət vəkilləri, şairlər və aktyorlar da iştirak ediblər.

Dil, tarix və gələcək birliyimizi bir daha vurğulamaq məqsədiylə keçirilən tədbirdə Azərbaycan və Türkiyə ədəbi nümunələrindən seçilmiş şeirlər səsləndirilib.

Azərbaycandan tanınmış şeirşünas Sahura Quliyeva və Türkiyədən yeni türk ədəbiyyatı ixtisası üzrə mütəxəssis prof. dr. Yaqub Çelik, Azərbaycan və Türkiyə şeirlərinin tarixi inkişafları haqqında məlumat veriblər. Daha sonra “Vətən və millət eşqi, qəhrəmanlıq və igidlik” mövzularındakı şeirlər professional aktyorlar tərəfindən deklamasiya olunub.

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının aktyor və aktrisaları tərəfindən kiçik bir səhnəcik göstərilib.

Qeyd edək ki, şeir gecəsinin təşkilində məqsəd Azərbaycan və Türkiyə ədəbiyyatlarında ortaya qoyulmuş, ədəbi dəyərə sahib nümunələrin, söz aşiqlərinin ictimaiyyətdə tanınması və iki ölkə arasındakı mədəni bağları gücləndirməkdir.

COP29