!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən indi İsraildəyəm, burada səfirliyimizin açılması...” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Bakıdan, başqa bölgələrdən İsrailə köçən yəhudi həmvətənlərimiz bu hadisəni böyük sevinclə qarşılayıblar”.

Bu fikirləri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədovun Azərbaycanın İsraildəki səfiri vəzifəsinə təyin olunmasını dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması və ilk səfirin təyin olunması tarixi hadisədir:

“Mən özüm hazırda İsraildəyəm. İnanın, Bakıdan, başqa bölgələrdən İsrailə köçən yəhudi həmvətənlərimiz bu hadisəni böyük sevinclə qarşılayıblar. Çoxları kimi mən də bu fikirdəyəm ki, İsraildə səfirliyimizin açılmasının vaxtı yetişmişdi.

Ümumiyyətlə Azərbaycanla İsrail arasında həm dövlətlər, həm də xalqlar olaraq münasibətllərimiz hər zaman mehriban olub. Vətən müharibəsində İsrailin Azərbaycana dəstəyini unutmaq mümkün deyil. İranın Ermənistana hərtərəfli dəstək verdiyi şəraitdə İsrailin Azərbaycana münasibəti kimin dost, kimin düşmən olduğunu bir daha göstərdi.

İsraildə Azərbaycanın səfirliyinin açılması çox yüksək qiymətləndirilir. Yerli telekanallar və aparıcı mediada bu mövzuda materiallar yayımlanır. Şübhə yoxdur ki, burada səfirliyimizin açılması ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirəcək”.

A.Zeynalov

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv