!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən özüm Ramiz Mehdiyevə geniş yazılı cavab hazırlayıram” – Partiya sədri

!Reklam – Yazi

“Azərbaycanda seçki saxtakarlığının başında onun özü dayanırdı, indi kimi ittiham edir?”

Bu fikirləri Milli Elmlər Akademiyasının (AMEA) qurumun prezidenti Ramiz Mehdiyevi müdafiə xarakterli bəyanatında yer alan fikirlərə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) səri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Ramiz Mehdiyevi AMEA prezidentliyindən çıxarmaq üçün çox sadə prosedur var:

“Mən Ramiz Mehdiyevlə bağlı müxtəlif alimlərin səsləndirdiyi fikirlərə, eləcə də onun buna reaksiyasına toxunmaq istəmirəm. Bunu elm adamlarının öz məsələləri hesab edirəm.

Lakin AMEA-nın bəyanatında qeyd olunan bir sıra fikirlərlə qətiyyən razı deyiləm və buna görə mən özüm Ramiz Mehdiyevə geniş yazılı cavab hazırlayıram.

Həmin bəyanatda razılaşmadığım məqamlar əsasən, onun “cib müxalifəti” və ya “avtobus müxalifəti” kimi iddiaları ilə bağlıdır. Bir partiya sədri olaraq belə yanaşmaları qəbuledilməz sayıram.

O bəyanatda həmçinin “saxta seçki”lərdən, “saxta deputat”lardan da bəhs olunur. Hamı bilir ki, Azərbaycanda seçki saxtakarlığının başında onun özü dayanırdı, indi kimi ittiham edir?

Mehdiyevi AMEA prezidentliyindən çıxarmaq üçün çox sadə prosedur var. Sadə bir seçki keçirərək, səs çoxluğu ilə Mehdiyevi vəzifəsindən götürmək problem deyil”.

A.Zeynalov

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv